Mobil versiya
MSK-dan seçki xəbərdarlığı - Sosial şəbəkələr izləniləcək
Tarix: 08-02-2018 | Saat: 17:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

MSK-dan seçki xəbərdarlığı - Sosial şəbəkələr izləniləcək




Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.

Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, çıxışlar televiziya ilə yanaşı radio vasitəsilə də yayımlanacaq. Bu, məlumatların daha çox insanın diqqətinə çatmasına şərait yaradacaq. Həmçinin, MSK üzvlərinin "Azərbaycan” qəzetində məqalələri çıxacaq.

Komissiya sədri sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini vurğulayıb.

"Sosial şəbəkələrlə bağlı təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın. Seçki siyasi maraqları olan tərəflərin mübarizəsidir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024