Mobil versiya
“Teleqüllə” restoranı sürüşməyə görə bağlanır?..
Tarix: 07-02-2018 | Saat: 16:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Teleqüllə” restoranı sürüşməyə görə bağlanır?..




Səbail rayonu, Bayıl sürüşmə zonasında qeydə alınan çatlar genişləndiyindən məşhur “Teleqüllə” restoranın bağlanacağı bildirilir. Bu günlərdə restoranın müştərisi olan vətəndaşın Modern.az-a bildirdiyinə görə, məlumatı restoranın işçiləri deyib.


Məsələni dəqiqləşdirmək üçün “Teleqüllə” restoranı ilə əlaqə saxladıq. Restoranın adını çəkmək istəməyən əməkdaşı Modern.az-a məlumatın həqiqəti əks etdirmədiyini bildirib:


“Ərazidə sürüşmə qeydə alınıb, doğrudur. Amma bunun bizim restoranımızla əlaqəsi yoxdur. Restoranın bağlanmasından söhbət getmir. Belə müzakirə də aparılmayıb”.


Ərazidə yaranan təhlükə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Modern.az-a bildirib ki, “Teleqüllə” sürüşmə sahəsində teleqüllədən 200-250 m cənub-şərqdə, torpaq qatında eni 0,1-1,0 m, görünən dərinliyi 5-6 metr, uzunluğu 60-70 metr olan çatlar qeydə alınıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınıb, ekspedisiya mütəxəssisləri tərəfindən ərazidə monitorinq işləri davam etdirilib. Hazırda vəziyyət stabilləşməkdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024