Mobil versiya
“İsgəndər”lər qorxu yaratdı – prezident və nazir həyəcan təbili çaldı
Tarix: 07-02-2018 | Saat: 15:46
Bölmə:Dünya | çapa göndər

“İsgəndər”lər qorxu yaratdı – prezident və nazir həyəcan təbili çaldı




Fevralın 5-də Rusiya Kalininqradda növbəti dəfə “İsgəndər” operativ-taktiki raket komplekslərini yerləşdirib və bunlar nüvə başlıqları da daşımağa qadirdirlər.



Bu barədə Litva prezidenti Dalya Qribauskayte bəyanat verib. Litva mətbuatı yazıb ki, Rusiyanın “İsgəndər”lərin növbəti partiyasını Kalininqrada yerləşdirməsi Kremlin regionda təhlükəsizliyə olan münasibətinin göstəricisidir.

Rusiyanın bu addımı sanki Qərbə cavabdır, nəzərə alaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiya hökumət üzvərini və Kremlə yaxın biznesmenləri, oliqarxları “qara siyahı” ya salan “Kreml hesabatı” adlı sənədi Konqresə təqdim edib.



Bununla yanaşı, Rusiyanın hərbi-sənaye şirkətlərinə qarşı sanksiyalar qüvvəyə minib. Qərbin iqtisadi-siyasi sanksiyaları nəticəsində məngənəyə sıxılan Rusiyanın cavab tədbiri kimi seçdiyi ən optimal variant əzələ nümayişidir.



“Mən tez-tez Rusiyada səbəb-nəticənin dəyişməsi texnologiyasına fikir verirəm. Rusiya hərbi gücləri NATO güclərinin meydana gəlməsinin nəticəsi kimi ortaya çıxır. Sanki Rusiya NATO-nun addımlarına cavab verir”.



Modern.az saytının məlumatına görə bunu ekspert Neriyus Malyukyaviçyus Kremlin bəyanatları və strategiyasını şərh edərkən bildirib.



“İsgəndər-M” raketlərinin Kalininqrad ərazisində yerləşdirilməsi 10 ildən çoxdur ki, beynəlxalq hərbi çevrələrin əsas müzakirə predmetlərindən biridir. Bunu Rusiyanın NATO-nun sərhədlərinə qədər gəlib çıxması ilə əlaqələndirirlər.



Baltikyanı ölkələrin 3-də (Latviya, Litva, Estoniya) Rusiyanın “İsgəndər”lərindən qorxur, bu raket komplekslərini özlərinin suverenliyinə təhdid kimi qiymətləndirir. Hesab edirlər ki, Rusiya bu raketlərlə onların infrastrukturlarını asanlıqla məhv edə bilər.



Rəsmi Moskva isə daim vurğulayır ki, Baltikyanıda və Polşada NATO qoşunlarının yerləşdirilməsi Rusiyanın təhlükəsizliyi üçün təhdiddir və buna görə adekvat addımlar atılır.

Litva hərbi-siyasi dairələrini bu fakt həyəcan təbili çalmağaməcbur edir ki, “İsgəndər” raketləri Kalininqradda daimi yerləşdirilir.

Litva prezidenti isə bəyan edib ki, Kalininqrada yerləşdirilən raketlər təkcə Baltikyanı üçün yox, ümumilikdə Avropa dövlətlərinə təhdiddir.



Kalininqradda yerləşdirilmiş "İskəndər” belə deməyə əsas verir ki, Rusiya özünün hərbi-strateji niyyətlərindən geri çəkilmir. Rəsmi Moskva belə təəssürat yaratmağa çalışır ki, Rusiya haqqında illüziyalara malik olmaq lazım deyil.



NATO baş katibinin müavini Rouz Gettemüller isə bəyan edib ki, Rusiya “İsgəndər” raketlərini Kalininqrada daimi əsaslarla yerləşdirməyib. Bununla belə vurğulayıb ki, NATO sabitliyi təhdid olan bu cür silahların ortaya çıxmasından narahatdır.



“Mən vurğulamaq istəyirəm ki, NATO hər şeyi görür və buna görə də prosesləri diqqətdə saxlayır”-deyə o bildirib.



Ekspert çevrələri hesab edir ki, “İsgəndər” təkcə müharibədə işlədiləcək bir silah deyil, o həm də qorxulu psixoloji təzyiq vasitəsidir.



Litvanın müdafiə naziri Raymundas Karoblis qeyd edib ki, əgər təhlükəni neytrallaşdırmaqdan söhbət gedirsə, indi “İsgəndər”lərin daimi əsasla yerləşdirilməsinə necə cavab verməyi düşünmək lazımdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024