Mobil versiya
Bakıda “Kamaz” piyadanı vurdu, sürücü hadisə yerindən qaçdı - YENİLƏNİB
Tarix: 07-02-2018 | Saat: 15:37
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda “Kamaz” piyadanı vurdu, sürücü hadisə yerindən qaçdı - YENİLƏNİB


Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlunun döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsibarədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu faktla əlaqədar birgə məlumat yayıb. Verilən məlumatda bildirilib ki, M.Əhmədovun“Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


“Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.


İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



***

Fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişi aşkar ediblər.


DİN-dən Modern.az-a verilən məlumata görə, dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.


Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.


Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.


Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “Kamaz” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.


Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.


Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024