Azərbaycanın “Super Hind” hücum vertolyotları: dünyanın cəmi bir ölkəsində var...
Tarix: 7-02-2018, 14:22 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Azərbaycanın “Super Hind” hücum vertolyotları: dünyanın cəmi bir ölkəsində var...


Dünyada 50-yə yaxın ölkənin hərbi hava qüvvələri Rusiya istehsalı olan Mi-24 “Hind” hücum vertolyotlarının müxtəlif modifikasiyalarını istismar edir. Lakin cəmi iki ölkə var ki, bu vertolyotların əsaslı şəkildə modernləşdirilmiş “Super Hind Mk.III” versiyasına malikdir. Həmin ölkələr Azərbaycan və Əlcəzairdir.

Virtualaz.org xəbər verir ki, bu barədə hərbi tematika üzrə ixtisaslaşmış “War is Boring” portalının məqaləsində bildirilir. Mi-24 vertolyotlarının “Super Hind” versiyasını Cənubi Afrikanın “Advanced Technologies and Engineering” (ATE) şirkəti həyata keçirib. Bu modernizasiya nəticəsində vertolyotun taktiki-texniki göstəriciləri və döyüş qabiliyyəti əsaslı şəkildə dəyişib.

ATE şirkəti təxminən 20 il əvvəl fəaliyyətə başlayıb, əvvəlcə “Mirage F1” təyyarələri də daxil olmaqla bəzi hava döyüş maşınları üçün avionika və silahlanma proqramlarında iştirak edib. 90-cı illərin ortalarında Mi-24 vertolyotlarının modernizasiyasına maraq göstərib. Vertolyota əlavə silah və cihazlar yükləmək əvəzinə onun çatışmazlıqlarını aradan qaldırmağa, maşını manevr imkanlarını məhdudlaşdıran artıq çəkidən azad etməyə çalışıb. Habelə onun gecə döyüş imkanlarını genişləndirib.


Azərbaycanın “Super Hind” hücum vertolyotları: dünyanın cəmi bir ölkəsində var...

İlk dəfə 1999-cu ildə Əlcəzair özünün hərbi hava qüvvələrinin 34 Mi-24 vertolyotunun “Super Hind Mk.II” səviyyəsində modernizasiyası üçün ATE şirkətinə sifariş verib. Bu versiyada modernizasiya vertolyotda sovet silahlarının saxlanılmasını, lakin Cənubi Afrika texnologiyalarına əsaslanan tuşlama sistemlərinin quraşdırılmasını nəzərdə tuturdu. Şirkət bir neçə vertolyotda köhnəlmiş sovet avionikasını söküb və onun yerinə müasir cihazlar quraşdırıb. Nəticədə vertolyotun çəkisi 1800 kiloqram azalıb və manevr imkanları artıb. V.ertolyotda əlavə tank əleyhinə raketlər və 20 millimetrlik pulemyot quraşdırılıb. Əlcəzair bu modernizasiyadan məmnun qalaraq vertolyotun silahlanmasını da tamamilə yeniləməyi sifariş edib. Beləliklə bu ölkənin 34 Mi-24 vertolyotunun hamısı “Super Hind Mk.III” səviyyəsinə qədər modernizasiya olunub.

2000-ci illərin ortalarında şirkət Ukraynanın AVİAKON müəssisəsi ilə tərəfdaşlıq qurub və Azərbaycandan sifariş alıb. Şirkət Azərbaycan Hərbi Hava Qüvvələrinin 10 Mi-24 vertolyotunu Ukraynada “Super Hind Mk.III” səviyyəsində modernizasiya edib. Lakin Azərbaycan tərəfi vertolyotda Cənubi Afrika yox, Ukrayna raketlərinin quraşdırılmasına üstünlük verib.

Azərbaycanın “Super Hind” hücum vertolyotları: dünyanın cəmi bir ölkəsində var...


Nəhayət ruslar ATE şirkətinin “Mi” seriyasından vertolyotların modernizasiyası sahəsində onların bazarına girməsindən duyuq düşüb və potensial müştərilərə təzyiq göstərilib. ATE şirkəti təzyiqlərə və rəqabətə davam gətirməyərək müflisləşmə həddinə çatıb, bu yaxınlarda isə “Paramaunt” şirkəti tərəfindən alınıb.

Nəticədə Azərbaycan və Əlcəzair hazırda dünyada Mi-24 vertolyotlarının ən uğurlu, ən modern versiyası olan “Super Hind Mk.III” versiyasına malikdir.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu bu vertolyotları təmas xəttinin Füzuli-Xocavənd istiqamətində düşmən müdafiəsinin darmadağın edilməsi üçün məhdud ölçüdə tətbiq edib. Vertolyotlardan biri vurulub.



5233 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}