Mobil versiya
Evi başına uçan ailə imdad diləyir - Şamaxıda torpaq sürüşməsi
Tarix: 06-02-2018 | Saat: 17:50
Bölmə:Karusel / Ölkə | çapa göndər

Evi başına uçan ailə imdad diləyir - Şamaxıda torpaq sürüşməsi



Şamaxı rayon Meysəri kənd sakinlərinin evləri torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşüb.

Modern.az saytının məlumatına görə, beş ildən çoxdur ki, Şamaxıda davam edən torpaq sürüşməsi nəticəsində Meysəri kəndində də bir çox evlərdə çatlar əmələ gəlib.


Meysəri kəndində yaşayan Həsənovların vəziyyəti isə lap dözülməzdir.

Şamaxı rayon Qaz İstismar İdarəsindənailəyə bildirilib ki, ev qəzalı vəziyyətdə olduğu üçün hər an uça və partlayış baş verə bilər. İcra nümayəndəliyi də evə baxış keçirib, hətta Fövqəladə Hallar Nazirliyinə də bir neçə dəfə məlumat verilib. Yararsız vəziyyətdə olan ev təkrar qeydiyyata alınıb. Buna baxmayaraq, hələ də heç bir nəticə yoxdur.

Hazırda həmin evdə iki körpə uşaq və anası yaşayır. Bir ilə yaxındır ki, ev qəzalı vəziyyətdədir. Uşaqların atası ruhi xəstədir, Maştağadakı xəstəxanada müalicə alır.

Uşaqların anası Hənifə Həsənova işləmir, ailənin aylıq gəliri 115 manat civarındadır. Uşağın biri danışma və eşitmə qabiliyyətini itirib, müalicəyə ehtiyacı var.

Həsənovlar ailəsi aidiyyatı qurumlardan imdad diləyir...
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024