Mobil versiya
“Yoxsulluq səviyyəsini 10 dəfəyə qədər aşağı saldıq” - Nazir müavini
Tarix: 06-02-2018 | Saat: 11:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Yoxsulluq səviyyəsini 10 dəfəyə qədər aşağı saldıq” - Nazir müavini




"Azərbaycan 2015-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanaqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Azərbaycan bundan öncə də BMT-nin təşəbbüslərinə qoşulub. Ölkəmiz bu illər ərzində xeyli inkişaf əldə edib. Son 10 ildə Azərbaycanda Ümumi Daxili Məhsul 1,4 dəfə artıb. Valyuta ehtiyatarımız, büdcə gəlirlərimiz 2,7 dəfə artıb”.

Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib. Onun sözlərinə görə, prezident tərəfindən yürüdülən düzgün iqtisadi siyasət sayəsində Azərbaycan BMT-nin minilliyin inkişaf məqsədi proqramında yoxsulluq səviyyəsinin aşağı salınması üzrə lider ölkədir.

"Biz bu təşəbbüsə qoşulanda Azərbaycan əhalisinin yarısı yoxsulluq səviyyəsində idi. Biz 2015-ci ilə qədər bu göstəricini 10 dəfəyə qədər aşağı sala bildik. Azərbaycanda yoxsulluğun göstəricisi 4, 9 faizə düşüb. Hazırda Azərbaycan dünyada yoxsulluq səviyyəsini 5 faizdən aşağı olduğu 29 ölkədən biridir”-deyə S. Həsənova qeyd edib.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024