Mobil versiya
220 saylı məktəbdə İNSİDENT - Direktorla mübahisə edən aktyor: “Cavab verməyə hazıram” - VİDEO
Tarix: 06-02-2018 | Saat: 10:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

220 saylı məktəbdə İNSİDENT - Direktorla mübahisə edən aktyor: “Cavab verməyə hazıram” - VİDEO




Bir neçə gün əvvəl “Dolu” filmindən tanıdığımız aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseydə rüşvət faktının olduğuna dair sosial şəbəkədə paylaşım etmişdi. Aktyorun bildirdiyinə görə, həmin məktəbdə ibtidai sinif müəllimlərindən qanunsuz olaraq hazırlıq pulları yığılıbmış. Rza Rzayev orada direktor müavini olan yaxın qohumu Zeynəb Rzayevanın təzyiqlərə məruz qaldığını qeyd etmiş və məktəb direktorunu rüşvətxorluqda ittiham etmişdi.

220 saylı məktəbliseydən Modern.az saytına bildirilib ki, aktyorun hərəkəti ilə bağlı artıq hüquq-mühafizə orqanlarına məlumat verilib. Məktəb rəhbərliyi aktyorun təhsil ocağına gəlib, direktorla mübahisə etməsini videoya çəkərək, ictimailəşdirib.


Aktyor Rza Rzayev Modern.az-a açıqlamasında məsələ bağlı danışıb.


“Güman ki, videonu 220 saylı məktəbin direktor əvəzi Tural yayıb. Bu da qanuna zidd hərəkətdir. Videoda səsləndirilənlərin hamısını qəbul edirəm. Sadəcə, videonun alt yazılarında bilərəkdən səhvlər var. Videoda deyirəm ki, hər bir Azərbaycan vətəndaşının borcudur ki, anasını, bacısını ictimai yerlərdə qorusun. Direktora deyirəm ki, sənə kim ixtiyar verib ki, cavan qadın müəlliməni otağına çağırıb, onunla üzbəüz oturub adının mənasını soruşursan?! Mən bütün ictimai yerlərdə namuslu, şərəfli qadını qorumuşam və qoruyacam”.


Aktyorun kobudluq göstərməsinə gəlincə, Rza Rzayev bunları deyib:


“Alt yazılarda yanlışlıqları yox, öz səsimlə olanların hamısını qəbul edirəm. Qorxub çəkinəcək yerim yoxdu. Qanun qarşısında cavab verməyə hazıram”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024