Mobil versiya
Bu il mobil telefon rabitəsindən 731 milyon manat gəlir əldə edildi
Tarix: 17-11-2015 | Saat: 22:01
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


DSK məlumat yaydı.

Ötən on ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 milyard 363,8 milyon manatlıq xidmət göstərib ki, onun da 72,8%-i əhali sektoruna aid olub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

“2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,6%-i və ya 731,1 milyon manatı mobil telefon rabitəsindən yaranıb”, - deyə komitədən qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024