Mobil versiya
Bakıda keçmiş məhkum küçədə qadına hücum edib 900 manatını aldı
Tarix: 01-02-2018 | Saat: 17:23
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda keçmiş məhkum küçədə qadına hücum edib 900 manatını aldı




Bakıda qadın keçmiş məhkum tərəfindən qarət edilib.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, nazirliyin "102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024