Mobil versiya
10 min ağac əkiləcək - Gəncədə
Tarix: 17-11-2015 | Saat: 13:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı və İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində ağacəkmə aksiyasına start verilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Heydər Əliyevin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında YAP Gəncə şəhər Təşkilatının fəallarından, İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərindən ibarət 300-dən artıq gənc iştirak edib. Aksiya iştirakçıları ərazini daşlardan təmizləyib, damcılama yolu ilə su xətti çəkib, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Eldar şamı əkiblər.

İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin koordinatoru Könül Zeynalova bildirib ki, məqsədimiz “ Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 10 hektar ərazidə 10 min ağac əkməkdir. Aksiya iştirakçıları bundan sonra da silsilə şəklində ağacəkmə aksiyasını davam etdirəcəklər.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024