Mobil versiya
“Prezidentin tənqidindən nəticə çıxaracağıq” - Nazir
Tarix: 31-01-2018 | Saat: 15:27
Bölmə:Manşet | çapa göndər

“Prezidentin tənqidindən nəticə çıxaracağıq” - Nazir


“Yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra Yanardağda işlər görüləcək”.


Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Yanardağ ilə bağlı layihənin hazır olduğunu bildirib:

"Hazırda bu məsələ ilə bağlı proses gedir, layihə mövcuddur. Bu layihələndirmənin əsasında işlər görüləcək. Amma orada yaşayışla bağlı bəzi məsələlərin həllindən sonra bu ərazidə işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu, çoxdan aktual olan bir məsələdir. Biz Yanardağla bağlı məsələyə çoxdan diqqət yetirməli idik. Tənqiddən nəticə çıxaracağıq".

Nazir həmçinin bildirib ki, turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb: “Guya onlar xidmət göstərirlər, halbuki yalandan qiymətlər deyir, yalandan nəqliyyat təşkil edirlər".

Onun sözlərinə görə, son nəticədə Azərbaycan turizminin səviyyəsi enir: "Bundan itiririk. Biz birləşərək normal bir proqram üzərində öz potensialımızı ortalığa qoya bilmir və həmin məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Hazırda "Turizm haqqında" yeni qanun layihəsi üzərində iş aparıldığını deyən Ə.Qarayev bildirib ki, bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq:

"Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçüləri pozur. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Güzəştə gedilməyəcək. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə göszləyirəm".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024