Mobil versiya
Masallının 4,7 milyon manatlıq «yolları»-FOTOLAR
Tarix: 17-11-2015 | Saat: 12:49
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Masallının 4,7 milyon manatlıq «yolları»-FOTOLAR
Dövlət başçısının ayırdığı vəsaitin hara xərcləndiyi məlum deyil, kəndlər yolsuz qalıb, rayonun mərkəzi isə bataqlığa çevrilib

Masallı rayonuna 2013-cü ildən bəri dövlət büdcəsindən və dövlət başçısı tərəyindən ayrılmış milyonlarla manat vəsaitin hara xərcləndiyi məlum deyil. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı «İnfo Masallı» səhifəsi yayıb.

Həmin məlumatda deyilir ki, rayonun mərkəzindəki Uşaq İncəsənət Mərkəzi, tarix-Diyarşünaslıq Muzeyi və dövlət başçısı tərəfindən yolların abadlaşdırılması üçün ayrılmış 4,7 milyon manatın aqibətini yalnız Masallının icra başçısı Rafil Hüseynov bilir.

«İnfo Masallı» qeyd edir ki, Prezidentin imzaladığı sərəncama əsasən Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə sakinlərin müraciətlərini nəzərə alaraq abadlaşma və yenidənqurma üçün 2 milyon manat, Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının tikintisi üçün 2,0 (iki) milyon manat ayrılıb. «Eyni zamanda, prezident İlham Əliyevin növbəti sərəncamı əsasında 43 min nəfər əhalinin yaşadığı 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı-Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılıb».

Amma fotoşəkillərdən aydın şəkildə görünür ki, həmin pulların bir qəpiyə belə rayona sərf olunmayıb. JAM.AZ xəbər verir ki, 31 kəndi birləşdirən yolun da aqbəti acınacaqlıdır. Belə ki, yola döşənmiş asfalt örtüyü bir yağışdan sonra sıradan çıxıb. Və Masallı İcra Hakimiyyəti ayıbını örtmək üçün həmin yola yamaqlar vurmağa başlayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024