Mobil versiya
Məmmməd Əmin Rəsulzadənin həyatın kim xilas edib?
Tarix: 31-01-2018 | Saat: 13:41
Bölmə:Gündəm | çapa göndər

Məmmməd Əmin Rəsulzadənin həyatın kim xilas edib?


Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Zaman-zaman bu dahi şəxsiyyət barədə müxtəlif fikirlər, bir-birinə zidd olan yanaşmalar səsləndirilib, gündəmə gəlib. Hətta dahi şəxsiyyətin bir neçə dəfə ölüm təhlükəsi ilə baş-başa qaldığı zaman onun kim tərəfindən xilas edildiyi barədə də fərqli mülahizələr, ziddiyyətli fikirlər ortaya atılıb.

Məmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində dahi şəxsiyyət barədə bu və ya digər məsələlərə aydınlıq gətirən Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki,1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra bolşeviklər Məhəmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirirlər. Burada qərar çıxarılər ki, Müsavat lideri güllələnməlidir: "Onun ölümünü gecə saat 12-00-a saldılar ki, bunu eşidən əhali etiraz aksiyası keçirməsin. Rəsulzadənin güllələnməsi prosesində iştirak edəcək şəxsləri Pankratov və Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev təyin etmişdi. Hətta Rəsulzadəni güllələyəndən sonra onun meyitinin itirilməsi və sonra da əhaliyə "Rəsulzadı qaçdı" kimi xəbər verilməsi planlaşdırılmışdı". Zaur Əliyev deyir ki, bunu eşidən Nəriman Nərimanov dərhal Pankratovun yanına gəlir. Onlar arasında mübahisə düşür, Əleydhər Qarayev də bu zaman ora gəlib çıxır: "Nərimanovla mübahisə hətta az qalır ki, əlbəyaxa davaya çıxsın. Nərimanov onların fikirin dəyişə bilmir. N.Nərimanov gənclik illərində dostluq etdiyi, sonralar fərqli siyasi əqidələrinə görə yolları ayrıldığı M.Rəsulzadənin millətimiz qarşısında xidmətlərini nəzərə alaraq onu həbsdən azad etdirib, ölümdən qurtarmaq üçün yeganə çıxış yolunu Stalinə xəbər verməkdə görür. O, Vladiqafqazda olan Stalinə zəng edib xəbər verir ki, Pakratov və Qarayev cütlüyü hazırda Szin həyatınızı vaxtilə xilas edən şəxsi güllələmək istəyir. Sizin xəbəriniz olsun bu barədə. Rəsulzadə özü də Sizə bunu deməyi məndən xahiş edib. Stalin bunu eşidib dərhal Bakını yığır, Pankratova tapşırır ki, Rəsulzadəyə hələlik əl vurulmasın. Çox güman, özü bu gün Bakıya gələcək. Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа gedir. Burada Məhəmməd Əminlə bağlı söhbətləri olur. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırır. Burada o, qətiyyətlə bildirir ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: "Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!",- deyə o bildirir". Natiq qeyd edir ki, Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: "Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək" - deyib fikrini vurğulayır". Zaur ƏIiyev bildirir ki, Stalinlə Nərimanov arasında da görüş olur: "Nərimanov məsləhət görür ki, Rəsulzadəni burdan aparmaq lazımdır. Qalsa Bakıda onu öldürəcəklər. Lakin Rəsulzadə Bakıdan getmək istəmir. Stalin bunu həll edəcəyini Nərimanova söz verir və 1920-ci ildə həbsxanada onunla görüşərkən Rəsulzadəyə deyir: "Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə Sizə azadlıq verilməlidir. Məhəmməd Əmin bəy, məsləhətim budur ki, Bakını tərk edəsiniz. Qalmaq istəsəniz, уеnә də öz işinizdir. Amma bilin ki, mən Bakıdan aralanan kimi Sizi yenidən həbs edib güllələyəcəklər. Gəlin Sizi özümlə Moskvaya араrım." Rəsulzadə müsavatçılarla məsləhətləşmək üçün Stalindən bir gün vaxt alır. Təklifi bəyənən müsavatçılar Rəsulzadənin onunla Moskvaya getməsini məsləhət görürlər. Beləliklə, Stalin Rəsulzadəni, Abbasqulu Kazımzadəni və Məhəmməd Əminin əmisi oğlu Məhəmməd Əlini özüylə Moskvaya aparır. Onu Stalinin vaqonuna qədər müşayət edən Nərimanov Rəsulzadənin Avropaya qaçmasına qədər həm özünə, həm də ailəsinə maddi dəstək də göstərir" .

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024