Mobil versiya
Hökumətdən QƏRAR: Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq
Tarix: 31-01-2018, 13:32 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hökumətdən QƏRAR: Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq




Azərbaycanda tibbi müayinədən imtina edən bəzi xəstəliklər aşkarlanan müəllimlərin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək.



Modern.az xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası"nda öz əksini tapıb.



Qaydada bildirilib ki, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.



Təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.


Bu qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinə şamil edilir və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.



Təhsilverənlər bir necə xəstəlik ağciyərlərin flyuoroqrafiyası, həkim göstərişinə əsasən ağciyərlərin rentgenoqrafiyası, qanın analizi (QİÇS-ə, hepatit B, C-yə, sifilisə), nəcisin analizi (helmitozlara və patogen ibtidailərə yoluxma ilə bağlı), süzənək testi, bağırsaq infeksiyaları ilə bağlı bakteriya gəzdiriciliyinə görə müayinə üzrə dövri tibbi yoxlama və müayinələrdən keçməlidirlər.



Tibbi müayinədən imtina edildikdə və dövri tibbi müayinədən keçmiş şəxslərdə bəzi xəstəliklər aşkar edildikdə, onların işə buraxılmasına yol verilmir. Həmin xəstəliklər tam sağalma təsdiq edilənə qədər vərəm xəstəliyinin bütün klinik formaları, sifilis xəstəliyi, süzənək xəstəliyi, helmintozlara (qurda yoluxma) və patogen ibtidailərə (amöbiaz, balantidiaz, ləmblioz) yoluxmalar, kəskin və xroniki bağırsaq infeksiyalarının bütün klinik formaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, bakterial infeksiyalarla bağlı bakteriyagəzdirənliyin bütün formaları, ruhi xəstəliklər, narkoloji xəstəliklər (narkomaniya, alkoqolizm, toksikomaniya), ağıreşitmədir.

aia.az



5308 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
31-01-2018, 10:53 Cəbhədə son durum



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031