Mobil versiya
Avropa Komissiyasının nümayəndə heyəti prezidentin qəbulunda - YENİLƏNİB
Tarix: 29-01-2018, 17:24 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Avropa Komissiyasının nümayəndə heyəti prezidentin qəbulunda - YENİLƏNİB




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

aia.az xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulanıb, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olunub, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulanıb və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


aia.az



5230 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930