Mobil versiya
Təkərlərlə bağlı tələb məcburiləşdiriləcək? – Yol Polisindən AÇIQLAMA
Tarix: 29-01-2018 | Saat: 14:41
Bölmə:Şou-biznes | çapa göndər

Təkərlərlə bağlı tələb məcburiləşdiriləcək? – Yol Polisindən AÇIQLAMA




Dünyanın bir çox ölkəsində avtomobil sürücülərinin mövsümə uyğun olan şinlərdən istifadəsi məcburidir. Bu addımı atmaqda əsas məqsəd yollarda təhlükəsizliyi təmin etməkdir. Bu proses eyni zamanda sürücülərin maddi vəziyyətinə də təsir edir. Bəs Azərbaycanda da avtomobillərdə məcburi qaydada mövsümü şinlərin istifadəsi ola bilərmi?

aia.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobillərin qış təkərlərinə keçirilməsi ən çox yağıntının çox olduğu yerlərdə nəqliyyat vasitəsinin sürüşməsinin qarşısının alınması məqsədilə atılan addımdır.

"Amma ölkəmizdə iqlim şəraitini nəzərə alınaraq mövsümü şinlərin istifadəsi məcburi xarakter daşımır. Artıq yanvar ayının sonlarındayıq, hələ ki güclü qar yağmayıb. Sözsüz ki, şinlərə aid müəyyən tələblər var, bu protektorun naxışının qalınlığının ölçüləridir. Biz bunu daim deyirik ki, təkərlərdə protektorun naxışının qalınlığı minik maşınları üzrə 1,6 millimetrdən, yük avtomobilləri üzrə 1 millimetrdən, avtobuslar üzrə 2 millimetrdən az olmamalıdır. Bu qanunvericiliyin tələbidir”.

K.Əliyev deyib ki, sürücününmaddi imkanı şərait yaradırsa öz təhlükəsizliyini təmin etmək məqsədilə mövsümə uyğun olaraq qış və yay istifadə etməsi arzuolunandır.

"Sözsüz ki, bu təhlükəsizliyin təmin olunmasına təsir göstərir. Amma ən çoxu 10-15 günlük qara görə bütün sürücülərə şinləri dəyişməklə bağlı məcburi tələbin qoyulması əlavə vəsaitə gətirib çıxara bilər. Bilirsiniz ki, şinlərin də kifayət qədər qiyməti var. Ola bilər ki, bu məbləğ kiməsə çox gəlsin. Amma mənim subyektiv fikrimə görə, bir o qədər ehtiyac olmadığından yaxın gələcəkdə şinlərin dəyişdirilməsinin, istifadəsinin məcburi xarakter daşıması ilə bağlı dəyişiklik olması inandırıcı deyil. Bu sadəcə, sürücünün öz öhdəsinə buraxılan bir məsələdir. Əgər sürücü görürsə onun avtomobilinin şinləri hava şəraitinə uyğun deyil, avtomobilini bir neçə gün istifadə etməməlidir. Əgər maddi imkanı yaxşıdırsa, qış şinləri alıb mövsümə görə dəyişiklik edə bilər. Demək olar ki, bu gün ən çox istifadə olunan şinlər həm qış, həm də yay mövsümünə yararlı olanlardır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024