Mobil versiya
ATU əməkdaşı London xəstəxanasında işləyib
Tarix: 24-01-2018, 17:14 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

ATU əməkdaşı London xəstəxanasında işləyib



Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları tibb sahəsində bilik və praktiki bacarıqların artırılması üçün daim müxtəlif kurslarda iştirak edirlər. Çox hallarda ATU işçiləri xarici ölkələrdə keçirilən təlimlərə qatılrılar. ATU-nun I cərrahi xəstəiklər kafedrasının əməkdaşı Esmira Əhmədova növbəti belə proqramda uğurla iştirak edib. O, Avropa Koloproktoloqlar Cəmiyyətinin təşkil etdiyi 6 aylıq təkmilləşdirmə kursunu bitirib.

E.Əhmədovanın sözlərinə görə, o, kursa müsabiqə yolu ilə qəbul edilib: «Çox rəqabətli müsabiqədən uğurla keçdikdən sonra bildim ki, kurs Böyük Britaniya və Şimali İrlandiya Krallığında təşkil olunur. Təkmilləşdirmə proqramı çərçivəsində Londonda yerləşən Barts Health NHS Trust xəstəxanasında işlədim. Burada keçirilən əməliyyatlarda cərrah kimi iştirak etmək, xəstələrin müayinəsini sərbəst aparmaq hüququnu əldə etmək üçün “Barts Health” qurumuna müraciət etdim. Nəticədə mənimlə işə qəbul olunan həkim kimi müqavilə bağladılar. Bu müqavilə mənə xəstələrin müayinəsini sərbəst icra etmək, cərrahi əməliyyatlarda iştirak etmək hüququnu verdi”.

6 ay davam edən kurs müddətində Esmira Əhmədova xəstəxanaların kolorektal cərrahiyyə, uroginekologiya və anal fiziologiya bölmələrində işləyib: “Çanaq dibi cərrahiyyəsinə xüsusi marağımın olmasını nəzərə alaraq koloproktologiyanın bu sahəsində ixtisaslaşan həkimlərlə birgə işləyirdim, çanaq dibi sallanması sindromu olan xəstələrin müayinə və müalicəsində aktiv iştirak edirdim. Bu müddət ərzində bütün proktoloji əməliyyatların, o cümlədən, düz bağırsağın sallanması, anal inkontinensiya, uşaqlığın sallanması, rektosele və sistosele zamanı cərrahi əməliyyatların texnikasını mənimsədim. Proktoloji xəstələrin müayinə üsullarını daha mükəmməl öyrənmək məqsədilə olduğum klinikalarda anal fiziologiya şöbələrində də çalışdım. Anal manomertiya, endoanal ultrasonoqrafiya və rpokotqrafiya kimi müayinələri sərbəst icra edirdim. Bu praktika bacarıqlarımı daha da genişləndirmək və təkmilləşdirmək imkanını verdi”. Hazırda E.Əhmədova anal manometriya, endoanal ultrasəs müayinəsi, proktoqrafiya kimi vacib müayinələri sərbəst icra edir və nəticələrini interpretasiya edir. Bütün

bunlarla yanaşı, 6 ay İngiltərənin paytaxtı Londonda yaşamaq həkimin ingilis dili səviyyəsini təkmilləşdirməyə də imkan verib.

Qeyd edək ki, ATU əməkdaşının kurs keşdiyi Barts Health NHS Trust xəstəxanası Avropanın ən böyük klinikalarından biridir. Bundan əvvəl, E.Əhmədova 2016-cı ildə Norveçdə Oslo Universitet Xəstəxanasında kolorektal və çanaq dibi cərrahiyyəsi, anal fiziologiya sahələri üzrə təkmilləşdirmə kursunu keçib.

aia.az



5401 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031