Mobil versiya
“Prezident Davosda 30-a yaxın görüş keçirəcək” – Novruz Məmmədov
Tarix: 23-01-2018 | Saat: 14:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Prezident Davosda 30-a yaxın görüş keçirəcək” – Novruz Məmmədov




"Davos İqtisadi Forumu dünəndən işə başladı. Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb”.

aia.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov özünün "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, prezident İlham Əliyev görüşlərə başlayıb:

"Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır”.

O, qeyd edib ki, Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024