Mobil versiya
Ermənistan Qarabağ ermənilərindən pul dilənir
Tarix: 23-01-2018 | Saat: 12:06
Bölmə:Dünya | çapa göndər

Ermənistan Qarabağ ermənilərindən pul dilənir


Ağır iqtisadi durumda olan Ermənistan hakimiyyəti xaricdəki erməni diasporu və beynəlxalq təşkilatlardan ianələr, qrantlar almaqla yanaşı, müxtəlif bəhanələrlə öz vətəndaşlarının da cibinə girməyə davam edirlər.



Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında hərbi qulluqçuların həyat və sağlamlığına dəymiş zərəri kompensasiya etmək üçün xüsusi fond yaradılıb. Beləliklə, yaşı 18-ə çatmış hər bir Qarabağda yaşayan erməni bu fonda ayda 1000 dram (2,1 dollar) ödəniş etməlidir.

Qanun Qarabağda ölən yaxud 1-ci qrup əlil olan hərbçinin ailəsinə birdəfəlik 10 milyon dram (21 min dollar), 2-ci qrup əlilin ailəsinə isə 5 milyon dram (10,5 min dollar) ödənişin verilməsini nəzərdə tutur. Analoji qanun 2016-cı ilin dekabrında Ermənistanda da qəbul olunmuş və ciddi etirazlar yaratmışdı.



Analoji qanunun bütün Qarabağ ermənilərinə şamil edilməsi isə, onsuz da ağır sosial durumda yaşayan sakinlərin narazılığına səbəb olub. Onların fikrincə, böyük gəlir əldə edən məmur və iş adamları ilə dövlət müəssisələrindən cüzi maaş alanların eyni məbləği ödəməsi ədalətsizlikdir.

“Mən orta məktəbdə çalışıram və aldığım maaşın 3%-ni bu fonda köçürməliyəm. Halbuki ayda yüzminlərlə dram qazanan məmurlar da mənim kimi 1000 dram ödəyəcək. Bu məsələdə sosial ədalətsizlik hiss edirəm”-deyə yerli jurnalistin sualına Xankəndi sakini Karine Atanesyan deyib.



Daha bir Xankəndi sakini Svetlana Petrosyan isə qanunla toplanacaq həmin vəsaitin təyinatı üzrə xərclənəcəyinə şübhə etdiyini deyib.

“Mən qanuna müqavimət göstərməyəcəm. Amma bütün vətəndaşların ödədiyi vəsaitin fonda köçürüləcəyinə şübhə edirəm”.

Qarabağdakı separatçı rejim 1000 dramla bağlı məcburi ödənişlərin gələcək illərdə artırılacağını da istisna etməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024