Mobil versiya
Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib
Tarix: 23-01-2018 | Saat: 11:52
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ötən il sürücülər 29,5 milyon manat cərimə ödəyib



Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb.

Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub.

“Protokolların 33,1 %-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4 %-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2 %-i dayanma və ya durma qaydalarının pozulması, 7,6 %-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4 %-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub”, - DSK-nın cavabında qeyd olunub. (Report)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə