Mobil versiya
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi
Tarix: 22-01-2018 | Saat: 15:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi




Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti seçilib.

Bu barədə AŞPA-nın saytında məlumat yerləşdirilib. Bildirilib ki, səsvermə zamanı AŞPA-nın 18 yeni vitse-prezidenti seçilib, onlardan biri Səməd Seyidovdur.

İtaliya və Rusiya üzrə vitse-prezidentlər vəzifəsi boş qalıb.

Qeyd edək ki, S.Seyidov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir.

Xatırladaq ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayıb. Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024