Mobil versiya
Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA
Tarix: 18-01-2018 | Saat: 17:44
Bölmə:Siyasət | çapa göndər

Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA


Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı. Deputat ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.


Yevda Abramovun səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Vahid Əhmədov onun son durumundan söz açıb.


Vahid Əhmədov bildirib ki, deputat həmkarı ilə hər gün əlaqə saxlayır.


“Hazırda Yevda müəllim İsraildə müalicə alır. Demək olar ki, hər gün onunla telefon vasitəsilə əlaqə saxlayıram. Elə bir ciddi problemi yoxdur. Artıq özünü yaxşı hiss edir. Sonuncu dəfə Yevda müəllimlə dünən əlaqə qurdum. Mənə dedi ki, hər şey qaydasındadır. Hazırda onun müalicəsi davam etdirilir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024