Mobil versiya
Azərbaycan xaricdən eşşək almaqdan imtina etdi
Tarix: 18-01-2018, 15:26 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Azərbaycan xaricdən eşşək almaqdan imtina etdi



2016-2017-ci illərdə Azərbaycana uzunqulaq idxal edilməyib.

aia.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, 2017-ci ildə ölkədə 35 816 baş uzunqulaq mövcud olub:

"2014-cü ildə respublikada 39 992 baş, 2015-ci ildə 35 816 baş uzunqulaq olub. 2016-cı ildə uzunqulaqların sayı 34 068 baş təşkil edib. 2017-ci il üzrə dəqiq statistika isə cari ilin fevral ayında əldə ediləcək".

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.

aia.az



5363 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031