Mobil versiya
ATU-da 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib
Tarix: 18-01-2018, 15:17 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

ATU-da 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib



20 Yanvar həqiqətləri bütün dünyaya çatdırılmalıdır



Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “20 yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirin əvvlində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli 20 Yanvar hadisələrini Azərbaycan xalqının yeni tarixinin ən faciəli olaylarından biri kimi qiymətləndirdi: “Çünki, əliyalın xalqın qarşısına zirehli texnika, xüsusi təlim keçmiş əsgərləri çıxarmışdılar. Bu, fərdi bir cinayətdir. Həmin gecədən 28 il keçir. Biz hamımız həmin faciənin canlı şahidləri olmuşuq. İllər keçdikcə, 20 Yanvar gecəsi ərəfəsində baş verən proseslər, onların siyasi qiyməti daha dolğun verilir. Analiz etsək, həmin proseslərdə bir neçə əsas məqamı vurğulamaq lazımdır. Əvvəla, o dövrdə sovet məkanında bir çox ölkələrdə xalq hərəkatı başlamışdı. İmperialist qüvvələr müxtəlif şəhərlərdə təxribatlar törədirdi. Lakin yalnız Azərbaycan xalqına qarşı qısamüddətli müharibə elan olundu. Çünki 19-dan 20-nə keçən gecə Bakı şəhərində və digər yerlərdə baş vermiş əməliyyatar sözün əsl mənasında “qısamüddətli bir müharibə” idi”. Rektor hesab edir ki, Azərbaycana qarşı bu münasibətin əsas səbəbi xalqımızın gücü və iradəsi, birliyi olub.

G.Gəraybəyli qeyd edib ki, Azərbaycan xalqı həmin hadisələrdə ümummilli lideri Heydər Əliyevin atdığı addımlardan sonradan xəbər tutub: “Heydər Əliyev böyük bir təhlükəyə məruz qalaraq, Azərbaycan xalqının nümayəndələri ilə birlikdə olmaq, məsələyə siyasi qiymətini vermək üçün ailəsi ilə birlikdə Moskvada əmrlərin verildiyi əsas məkana görüşə getmişdi”. Bu olayların Azərbaycanın müstəqillik tarixi və sonrakı inkişaf dövründə böyük iz qoyduğunu bildirən ATU rektoru G.Gəraybəyli onu da vurğuladı ki, 20 Yanvar hadisələrinin dünyada miqyasında daha düzgün siyasi qiymətini alması üçün hər birimiz çalışmalıyıq.

ATU-nun İctimai fənnlər kafedrasının professoru Fəxrəddin Məmmədov məsələlərə tarixçi qismindən nəzər salaraq Azərbaycan xalqının tarixən mübariz xalq olduğunu bildirdi. “Millətin qan yaddaşına yazılan faciələrdən biri də 20 Yanvar hadisələridir. Sonradan aparılan araşdımalar sübut etdi ki, bu cinayəti törətmək üçün xüsusi hazırlıq görülübmüş. Artıq bu qırğına əmr verənlər, onu törədənlər də məlumdur. Onların bir qisminin yox, hamısının öz cəzasını alacağı günə az qalıb”.

III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov 20 Yanvar gecəsi baş verənlərlə bağlı öz xatirələrini danışdı: “Mən həm dekan idim, həm cərrah idim. Yanvarın 21-də - dəhşətli gecənin səhərəsini çətinliklə də olsa işə

getdik. Əməliyyatxananın qalın şüşələri sınıq-salxaq idi. Bu cür şəraitdə insanları əməliyyat edirdik. Yaralıların çoxu gənclər idi. Onların əksəriyyətində iriçaplı yaralar vardı. Çoxusuna 1 deyil, 2-3 güllə vurulmuşdu”. M.Nəsirov həmin hadisədə ağır şəraitdə işləyən azərbaycanlı həkimlərin göstərdiyi şücaətlərdən də söz açdı.

Sonda I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Pəri Məhərrəmova çıxış edərək 20 Yanvar şəhidlərinin qanının yerdə qalmayacağını, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağından əminliyini açıqladı. P.Məmmədova layiqli bir həkim kimi gələcəkdə Qarabağda işləmək arzusunda olduğunu bildirdi.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında ATU 9 şəhid verib.

aia.az
ATU-da 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib
ATU-da 20 Yanvar faciəsi ilə bağlı toplantı keçirilib



5327 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930