Mobil versiya
Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı
Tarix: 16-01-2018, 17:05 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı




70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.

Nəriman Əliyevin səhhəti ilə bağlı Modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.


Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.


“Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt ordada Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır.
Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə doğru gedir. Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə fəaliyyətini davam etdirəcək.
Onun yanına hələ ki adam buraxmırlar. Dünən yoldaşını yanına buraxdılar. Nəriman müəllimi narahat etməyə heç bir əsas yoxdur. Çünki bu xəstəliyin metodu belədir. Ona Allahdan tezliklə şəfa diləyirəm”.


Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

aia.az



5253 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031