Mobil versiya
Azərbaycanda tapılan çeçen qadın Çeçenistana göndərildi
Tarix: 13-01-2018 | Saat: 15:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda tapılan çeçen qadın Çeçenistana göndərildi




Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın ötən gecə Azərbaycandan Çeçenistana yola salınıb.

Bu barədə Modern.az saytına özünü 104 yaşlı Mədinə Əliyeva kimi təqdim edən qadının saxlanıldığı “Tereza ana” sosial sığınacağından məlumat verilib.


“Qadın Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini demişdi. Müvafiq qurumlarla aparılan dəqiqləşdirmədən sonra onu Bakıdan Çeçenistana yola saldıq ”.


Bakıdakı “Tereza ana” sığınacağından onu da bildiriblər ki, Mədinə Əliyevanın yola salınması Rusiyanın Bakıdakı səfirliyinin köməyilə həll olunub. Qadını Çeçenistandan olan nümayəndələr müşayiət ediblər. Hətta ona sərhəddi keçmək üçün müvəqqəti sənəd də verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024