Mobil versiya
Bakıda “terror aktı” barədə xəbər verən 2 nəfər tutuldu - Daxili İşlər Nazirliyindən XƏBƏRDARLIQ
Tarix: 13-01-2018 | Saat: 12:00
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda “terror aktı” barədə xəbər verən 2 nəfər tutuldu - Daxili İşlər Nazirliyindən XƏBƏRDARLIQ



Yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

Məlumat DİN-in “102” Xidmətinə ötürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildirilib ki, dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.


Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.


Araşdırma aparılır.


“Vətəndaşların nəzərinə çatdırırıq ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək”,-deyə Daxili İşlər Nazirliyi bəyan edib


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024