Mobil versiya
Mahmudovun avtosalonu bağlandı – Fotolar
Tarix: 14-11-2015, 16:00 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Mahmudovun avtosalonu bağlandı – Fotolar

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb.Hafta.az adıçəkilən salonla bağlı 28.10.2015 tarixində məlumat vermişdi

Həmin məlumatda avtosalonun Eldar Mahmudova məxsus olduğu təsdiqlənmişdi. Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.

Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.

Əldə etdiyimiz məlumata görə, dünən axşam saat 23:00-dan etibarən salon boşaldılaraq, 100-dən çox bahalı maşın naməlum istiqamətə aparılıb. Şahidlərin əməkdaşımıza verdiyi xəbərə görə, salonun önünə çoxlu sayda bir neçə maşını eyni anda daşıya biləcək evakuatorlar gətirilib. Maşınlar bu evakuatorlara yüklənərək aparılıb.
Mahmudovun avtosalonu bağlandı – Fotolar



“AzPolitika.info”nun məlumatına görə, Azərbaycanda “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır. 2006-cı ildən fəaliyyət göstərən, “Caspian Crystal” şirkətlər qrpunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. Daha dəqiqi MTN şefi bu holdinqi oğlu üçün yaradb. Eləı “Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri də Anar Eldar oğlu Mahmudovdu. “Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı. Bu haqda saytımızda məlumat verilib.
Mahmudovun avtosalonu bağlandı – Fotolar
Mahmudovun avtosalonu bağlandı – Fotolar



5584 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031