Mobil versiya
Metroda intihara cəhd edən kişi xəstəxanada öldü - Yenilənib
Tarix: 12-01-2018 | Saat: 11:44
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Metroda intihara cəhd edən kişi xəstəxanada öldü - Yenilənib


Bu gün səhər saatlarında metroda intihara cəhd edən kişi xəstəxanada dünyasını dəyişib.

Bu barədə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

***
(09:50)

Bakıda metrosunda növbəti intihara cəhd hadisəsi baş verib.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə saat 09:18-də metronun "Qara Qarayev" stansiyasında baş verib: ""Həzi Aslanov"- "Dərnəgül" xətti üzrə hərəkət eüdən qatar "Qara Qarayev" stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı kişi özünü qatarın altına atmağa cəhd edib. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb. Vəziyyəti ağır idi. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024