Mobil versiya
Əməkdar artistin səhhəti ağırlaşdı
Tarix: 14-11-2015 | Saat: 15:38
Bölmə:Dünya / Manşet / Karusel | çapa göndər


Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib

Aia.az
-ın məlumatına görə, bu barədə aznews.az-a Binəqədi rayon xəstəxanasının həkimi Rəna Mirzəyeva məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlu xəstəxanaya kəskin beyin qan dövranı diaqnozu ilə daxil olub:

"Aktyor insult keçirib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Huşu aydındır, amma insult keçirdiyindən müalicəyə ehtiyac var".

R.Mirzəyeva qeyd edib ki, aktyorda sarılıq xəstəliyi də müşahidə olunub:

"Reanimasiyadan sonra o, nevroloji müalicə almalıdır. Sarılıq xəstəliyi ilə əlaqədar qarşılıqlı razılaşma əsasında aktyoru başqa xəstəxanaya köçürmək lazımdır".

Qeyd edək ki, noyabrın 12-də Ə.Məmmədoğlunun səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024