Mobil versiya
Bakının bu hissəsində qaz olmayacaq
Tarix: 11-01-2018 | Saat: 18:09
Bölmə:Ölkə | çapa göndər

Bakının bu hissəsində qaz olmayacaq




Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz" İB-dən aia.az-a verilən məlumata görə, Binəqədi rayonu Vorovski qəsəbəsi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədar, yanvar ayının 12-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024