Mobil versiya
Azərbaycanlı deputatdan ABŞ Dövlət Departamentinə sərt ETİRAZ
Tarix: 11-01-2018 | Saat: 17:38
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanlı deputatdan ABŞ Dövlət Departamentinə sərt ETİRAZ




ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi Azərbaycanda etirazla qarşılanıb.



Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası işçi qrupunun üzvü Nəsib Məhəməliyev Dövlət Departamentinin son qərarına kəskin etiraz edib.



Deputat bununla bağlı Modern.az-a açıqlamasında deyib:

“ABŞ Dövlət Departamenti ikili standarlardan çıxış edərək, belə bir açıqlama ilə çıxış edib. Belə halların tez-tez şahidi oluruq. Son bəyanatların Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycan terrordan əziyyət çəkən ölkədir. 20 ildən artıqdır ki, torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunub. Azərbaycan nəinki hər hansı terror şəbəkəsinə yardım edir, əksinə terrorla mübarizə aparır”.

Deputat ABŞ Dövlət Departamentinin Yaxın Şərq ölkələrində həyata keçirdiyi siyasətindən də söz açıb.



“Yaxın Şərqdə gedən proseslərə diqqət edəndə, ABŞ Dövlət Departamentinin sistemsiz və qeyri-müəyyən addımlarının şahidi oluruq. Yaxın Şərqdə milyonlarla insan öz doğma-yurd yuvasından didərgin düşərək, qaçqın həyatı yaşamağa məcbur olub. Bütövlükdə Yaxın Şərqdə aparılan siyasətin nəticəsidir ki, hər gün acınacaqlı xəbərlərin şahidi oluruq.



Aralıq dənizindən keçməklə çoxsaylı miqrant itkisinin baş verməsi və Avropanın ayrı-ayrı ölkələrində onlara qarşı aparılan qeyri-adi sərt münasibət çox ağrılıdır. Bunun da nəticəsində milyonlarla insan əziyyət çəkir. Hər hansı bir regionun mentalitetinə, əhalinin səviyyəsinə, adət-ənənəsinə, yaşam tərzinə zidd və demokratiya adı altında öz ideyalarını yerini yetirir. Bu cür fikirləri qətiyyətlə pisləyirəm. Onların Azərbaycanı terror riski olan ölkələrin kateqoriyasına aid etməsi qəbuledilməzdir”.



Qeyd edək ki, terror təhlükəsi ilə əlaqədar Azərbaycanda bəzi risklər yaranması ilə bağlı fikirlər yayılıb. Bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən Amerika vətəndaşlarına tövsiyələrində deyilir.



Xüsusən, terrorçu qrupların Azərbaycanda turizm, nəqliyyat, ticarət, dövlət, idman və mehmanxana obyektlərinə hücumlar planlaşdıra biləcəyi deyilir.



Bundan başqa, Dövlət Departamenti Dağlıq Qarabağa və cəbhə xəttinə bitişik ərazilərə səfər etməməyi tövsiyə edib.



Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024