Mobil versiya
Energetika Nazirliyində struktur islahatı aparıldı
Tarix: 11-01-2018 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Energetika Nazirliyində struktur islahatı aparıldı



Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib.

Bu barədə aia.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb.Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir. Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb.

Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub.Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.

Aparılan dəyişikliklər Nazirliyin qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsinə imkan yaradacaq.


Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovdur. O, 12 oktyabr 2017-ci il tarixində bu vəzifəyə təyin olunub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024