Mobil versiya
ANAMA ötən il 239 mina tapıb - Statistika
Tarix: 6-01-2018, 13:29 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

ANAMA ötən il 239 mina tapıb - Statistika




Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) keçən il ərzində respublikanın müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində, habelə keçmiş hərbi sursat anbarları və hərbi poliqon ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatları həyata keçirilməklə, ümumilikdə 92 843 672 kv.m (9 284.37 ha) ərazini təmizləyib.

ANAMA-dan aia.az-a verilən məlumata görə, həmin müddətdə 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib. Ümumilikdə, 35 356 ədəd mina və partlamamış hərbi sursat Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib.

NATO-Azərbaycan əməkdaşlığı çərçivəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı üzrə Ağstafa rayonu Saloğlu layihəsi 2011-ci ildə uğurla başa çatdırıldıqdan sonra, əməkdaşlığın davamı olaraq növbəti Ceyrançöl layihəsinə 2012-ci ildə start verilib. Layihə üzrə keçən ilin 12 ayı ərzində Ağstafa rayonunun Ceyrançöl ərazisində 4 923 273 kv. m (492.33 ha) ərazi təmizlənib, 211 ədəd PHS, 601 ədəd təlim məqsədli sursatlar tapılaraq məhvetmə üsulu ilə zərərsizləşdirilib.

Agentlik tərəfindən 2017-ci il yanvarın 25-dən 2017-ci il iyulun 3-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları başa çatdırılmış, nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmişdir. Təmizləmə əməliyyatları 126 gün davam etmiş, bu müddət ərzində ümümilikdə 4 590 878 kv.m ərazi müxtəlif üsullarla (613 094 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 2 257 644 kv.m minaaxtaran itlərin köməyi ilə və 113 000 kv.m ərazi isə SENSYS dərinlik ölçən cihazı ilə) yoxlanılıb. Nəticədə 74 ədəd partlamamış hərbi sursat (PHS), 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə çəkilməsi nəzərdə tutulan suvarma kanalının keçəcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına 17 noyabr 2017-ci il tarixində başlanılıb və 32 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina aşkar edilib, 511 300 kv.m (51.13 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində, 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitəsi ilə təmizləmə üçün hazırlanmış və 231 479 kv.m (23.15 ha) ərazi isə FEREX və EBİNGER dərinlik ölçən cihazı ilə yoxlanılmışdır. (Cəmi: 1 160 245 kv.m (116.02 ha)).

Ötən ilin aprel ayında Agentliklə Türkiyənin DENEL SOC LTD T/A DENEL LAND SYSTEMS INCOMPORATING MECHEM MƏRKƏZİ GUNEY AFRIKA TÜRKİYƏ ŞÖBƏSİ arasında bağlanılmış müqaviləyə əsasən 105 nəfərlik əməliyyat heyəti 13 may 2017-ci il tarixindən Türkiyənin İqdır vilayətinin İran İslam Respublikası ilə sərhəddində mina təmizləmə əməliyyatlarına cəlb olunmuşdur. 127 iş günü ərzində 116 279 kv.m (11.63 ha) ərazi təmizlənmiş, nəticədə 17 106 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Əməliyyatlar 2017-ci il noyabrın 30-da sona çatıb.

Agentlik tərəfindən 2017-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 18 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 172 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, avtopark ərazisinə, su arxına, daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar və Qoşqar çaylarının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Royal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zavodonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 7 457 ədəd partlamamış hərbi sursat, 7 ədəd piyada mina və 64 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Nəticə etibarilə 171 344 kv.m (17.13 ha) ərazi yoxlanılıb.

aia.az



5315 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930