Mobil versiya
Qəbələdə möhtəşəm konsert
Tarix: 06-01-2018 | Saat: 13:26
Bölmə:Ölkə | çapa göndər

Qəbələdə möhtəşəm konsert


Qəbələdə 12-ci Beynəlxalq "Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın konserti olub.

aia.az APA-ya istinadən xəbər verir ki, "Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən öncə səhnəyə Ukraynanın tanınmış yumor aktyorları çıxıb.

Sonra Ukraynanın Xalq Artisti Nataliya Moqilevskayanın konserti olub. Konsertdə Ukraynanın CİTA turizm şirkəti vasitəsilə Qəbələyə gələn Ukrayna, Belarus və Avropa ölkələrindən olan 1000-ə yaxın turist, eləcə də yerli musiqisevərlər iştirak edib. İki saat davam edən konsert alqışlarla qarşılanıb.

Qeyd edək ki, Qəbələyə ailəvi gələn turistlər konsertdən öncə gün ərzində "Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində idman yarışında, Heydər Əliyev Konqres Mərkəzində "Что? Где? Когда?” intellektual oyununda iştirak edib, "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin 4 kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr ebiblər, xatirə şəkili çəkdiriblər.

"Gilan Hospitality Group” MMC-nin məsul işçisi Fərid Dibirov bildirib ki, yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər keçiriləcək. Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və " Nocnie Snayperi” qrupu, Vladimir Zelenski, "Kvartal 95” yumor qrupu olacaq. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024