Mobil versiya
Azərbaycanın xarici işlər nazirindən də çox xarici dil bilən naziri kimdir?
Tarix: 12-11-2015 | Saat: 23:26
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Cəmiyyətə hər zaman yüksək vəzifəli insanların həyatı maraqlı olub. İstər onlar yaşayışı, geyimi, istirahəti istərsə də şəxsi həyatları. Bunlar daimi müzakirə mövzusudur. Zaman keçsə də, bu kimi mövzular hər zaman öz aktuallığını qoruyub saxlayır.

Qaynar.info bu dəfə nazir və komitə sədirlərin hansı xarici dilli bilməsini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, baş nazir Artur Rəsizadə, müavinləri Yaqub Eyyubov və Abid Şərifov ana dilindən başqa ancaq rus dilini bilirlər.

Baş nazirin digər müavini İsmət Abasov rus və ingilis dillərində sərbəst danışırlar.

Energetika naziri Natiq Əliyev və ARDNŞ prezidenti Rövnəq Abdullayev rus və ingilis dillərində sərbəst danışırlar.

Vergilər naziri Fazil Məmmədov da rus və ingilis dillərini bilir. Nazir, eyni zamanda, Anadolu türkcəsində sərbət danışır. Vergilər nazirinin mütəmadi olaraq xarici dildə mütaliə etdiyi bildirilir.

Ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov , mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov rus və ingilis dillərini bilirlər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev isə ana dillərindən savayı yalnız rus dilini bilirlər.

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dildə sərbəst danışır. Onun rus, ingilis və türk dillərində mükəmməl danışdığı bildirilir.

Maraqlı odur ki, hökumət kabinetinin üzvləri arasında ən çox xarici dil bilən müdafiə naziri Zakir Həsənovdur. O hətta xarici işlər nazirindən də çox - 4 xarici dil bilir. Əldə etdiyimiz məlumata görə, Zakir Həsənov ana dilindən başqa rus, türk, ingilis və alman dillərində də sərbəst danışa bilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024