Mobil versiya
Bakıdan Şirvana oğurluğa gedən tutuldu
Tarix: 29-12-2017, 17:25 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıdan Şirvana oğurluğa gedən tutuldu


Şirvan ŞPŞ-nin Narkomaniya ilə Mübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.



DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, dünən gecə saatlarında araşdırma zamanı həmin şəxsin Naxçıvan MR-sı Şərur rayonu Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 15 il azadlıqdan məhrum edilmiş, 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib.



Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış masqa, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.



Dindirilmə zamanı həmin şəxs dünən gecə saatlarında Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.



Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlər varsa, onların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.



Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

aia.az



5408 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031