Mobil versiya
XİN: Avropa İttifaqı ilə konstruktiv danışıqlar davam etdirilir
Tarix: 28-12-2017 | Saat: 17:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

XİN: Avropa İttifaqı ilə konstruktiv danışıqlar davam etdirilir


2017-ci il Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımdan əlamətdar olub. Dövlətimizin başçısı tərəfindən Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan vermiş və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.

Məlumatda vurğulanıb ki, tərəflər arasında qarşılıqlı anlaşma şəraitində saziş layihəsi üzrə konstruktiv danışıqlar davam etdirilir. “Avropa İttifaqı və onu üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” layihənin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.

XİN-in məlumatına görə, Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar vardır. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024