Mobil versiya
Azərbaycan övladını satan atanı axtarır - CİNAYƏT İŞİ AÇILDI
Tarix: 28-12-2017 | Saat: 17:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycan övladını satan atanı axtarır - CİNAYƏT İŞİ AÇILDI


Bakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb. Lent.az xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.



Bugün müxtəlif imkanlı şəxslər, bir sıra dövlət qurumlarının əməkdaşları xeyriyyə məqsədi ilə həmin ailəni axtarsa da, onu tapmaq mümkün olmayıb. Orxan adlı şəxs istifadəsindəki telefon nömrələrini bağlayıb.



Qeyd edək ki, 40 günlük uşağın satışa çıxarılması barədə qarabazar.az saytında məlumat yerləşdirilib. Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm”.



O dünən Lent.az-ın əməkdaşı ilə söhbətində körpəsini işsiz olması, ailəni dolandıra bilməməsi səbəbindən 10 min manata satmaq istədiyini, uyğun insanlar olarsa, daha ucuz qiymətə onu verə biləcəyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024