Mobil versiya
İtən alpinistlər hələ tapılmayıb - “Bəlkə də çadır qurub gözləyirlər”
Tarix: 27-12-2017 | Saat: 17:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

İtən alpinistlər hələ tapılmayıb - “Bəlkə də çadır qurub gözləyirlər”




Qubada itkin düşən alpinistlərin axtarışları davam edir. Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışına FHN-nin helikopteri cəlb olunub. Hələlik axtarışlarla bağlı yeni məlumat yoxdur.

Təcrübəli alpinist Firuz Dadaşov AzVision.az-a bildirib ki, həmin şəxslərin seçdiyi marşrut təhlükəlidir.

“Mən həmin ərazini yaxşı tanıyıram. Təəssüf ki, Babur və Namin ora gedəndə məndən məsləhət almayıb. Onların marşrutu çox təhlükəlidir. Qışda nəinki 3B marşrutu ilə, hətta 2B marşrutu ilə getməyi məsləhət görməzdim. Onların təcrübəsi buna kifayət etmir. Qış vaxtı təhlükə və çətinliklər olur. Yayda gedə bilərdilər. Ən pisi odur ki, təcrübəsi olmayan qızı özləri ilə aparıblar.

Mənim fikrimcə, onlar haradasa çadır qurub gözləyirlər. Yuxarı çıxsalar da, çox güman ki, Xınalıq tərəfə düşüblər. Hazırda Avropadan axtarışlarla bağlı məsləhətlərimi verirəm. Axtarışda olan alpinistlərlə danışıram. 10 dəfəyə yaxın havada və piyada axtarış ediblər. Hələ ki nəticə yoxdur”.

Qeyd edək ki, Azərbaycanda 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə dağda yoxa çıxıb. Onların axtarışlarına DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024