Mobil versiya
Sultan Rusiyada daha bir uğura imza atdı – VİDEO
Tarix: 25-12-2017 | Saat: 12:08
Bölmə:Aia TV | çapa göndər




Moskvada yaşayan həmyerlimiz müğənni Sultan Rusiya şou-biznesində növbəti qələbəsini qeyd edir.

aia.az-ın məlumatına görə, "Люби меня" (Sev məni) mahnısı ilə qardaş ölkənin hit-paradlarında özünə layiqli yer tutan Sultan, həm də sözügedən ifasına çəkdirdiyi ekran işi ilə gündəm yaratmaqda davam edir. Belə ki, sevimli ulduzun çəkdirdiyi bu klip Azərbaycan müğənniləri arasında ilk dəfə "Youtube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “StarPro”ya daxil olub.

"Люби меня" (Sev məni) mahnıya çəkilən ekran işi Ukraynada fəaliyyət göstərən Djafarov Сreative şirkəti tərəfindən ərsəyə gəlib. Mahnı Ukraynalı müəlliflər tərəfindən Art Sound yaradıcı qrupu tərəfindən yazılmışdır.

Bahalı klipləri və məşhurluğu ilə rus ulduzları ilə rəqabətini davam etdirən Sultandan yeniliklər gözləməyə hazır olun.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024