Mobil versiya
İtlər həmişə etibarlı olmur - Sahiblərini nə zaman parçalayırlar?
Tarix: 22-12-2017 | Saat: 12:16
Bölmə:Media | çapa göndər

İtlər həmişə etibarlı olmur - Sahiblərini nə zaman parçalayırlar?


İtlərin ən vəfalı heyvan olduğu barədə bağlı çox fikirlər eşidir, hətta bunun əyani sübutu kimi görüntülərə də rast gəlirik.İtlər sahiblərini heç bir qarşılıq gözləmədən sevirlər. İtlər sahiblərinə o qədər bağlıdır ki, hətta sahibi üçün ölümə belə gedə bilərlər.

Lakin ötən həftə Amerikada yaşanan hadisə bunun əksini sübut etdi. Belə ki, Amerikanın Virciniya ştatında pitbul cinsli itlərini gəzməyə çıxaran 22 yaşlı Bethany Stefensin cansız bədəni tapılıb. Polis cəsədin tapılmasından dörd gün sonra Stefensin intihar etdiyini ya da cinayətə qurban getdiyini düşünmədiklərini, itləri tərəfindən öldürüldüyünü deyib. Aparılan araşdırmalar nəticəsində itlərin cəsədin bəzi hissələrini yedikləri üzə çıxıb. Pitbull cinsli itlər hadisənin ardınca ailənin icazəsi alınaraq yatızdırılıb. Polis bildirib ki, Stefens tapılanda onun bədənində ölümcül yaralar olub.

Maraqlıdır, itlər hansı hallarda öz sahiblərinə hücum edir?


Məsələ ilə bağlı tanınmış kinoloq Elnur Əliyev Modern.az-a danışıb:


“Pitbulların sahibinə hücum etmək ehtimalı 90 faizdir. Çox vaxt belə hallar it ac olduğu üçün olur. Eyni zamanda, itin üstünə acıqlananda onun sahibinə hücum etmək ehtimalı yaranır. Rokveller itlərində də bu cür hallar müşahidə edilir. Həmin itlər “666-şeytan iti” adlanır və onların aqressiv olduğu vaxtlar çoxdur. Necə deyərlər, beyinləri çönəndə öz sahiblərinə hücum edə bilirlər. Xüsusilə həmin itləri 5 yaşından sonra iynə vurub yatızdırırlar. Bəzən onların şüuru gedir və qayıtmır. Bu hallar da ən çox 5-6 yaşdan sonra olur”.


Kinoloq qeyd edib ki, həmin itlərin geni başqa heyvanlardan götürüldüyünə görə, sahibinə hücum etmə, qapma ehtimalları 90 faizdir:


“Məsələn, Pitbullun saxlanılması Rusiyada qadağan olunub. Onların qanları (genləri) siçan qanından hazırlandığına görə, sahiblərinə hücum etmə ehtimalı yüksək olur. Bu səbəbdən Pitbulları çox zaman mühafizə işlərində istifadə edirlər. Çünki onların tutma atmosferi çox güclü olur: təqribən 3,6-4,6”.


Müsahibimiz bildirib ki, itləri bayıra çıxaranda mütləq şəkildə ağızlıqdan istifadə edilməlidir:


“Sahibləri itləri balacalağından vurmamalı, təlimçiyə verməlidir. Əsas məsələ budur. Yəni iti bayıra çıxaran zaman onun hansısa vətəndaşa hücum etməməsi önəmlidir.

İtini əhliləşdirmək üçün demək olar ki, hər gün mənə müraciətlər olur. Yüksək vəzifəli şəxslərdən adi vətəndaşa kimi... Ən çox Ovçarkalar, Rotveller gətirilir. Ümumiyyətlə isə ən vəfalı it Labradordur”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024