Mobil versiya
Elton Hacıyev onları Renkanı təkrarlamaqda günahlandırdı
Tarix: 22-12-2017 | Saat: 11:23
Bölmə:Karusel / Aia TV | çapa göndər






Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev AİA.AZ-a verdiyi açıqlaması ilə yeni qalmaqalın təməlini qoyub. PR menecer yeni rəqqasələr və bu sahəyə meyilli olanlar barədə danışan Elton, daha sonra tanınmış rəqqasə Renkanı da tərifləyib:

“Renka təlabatlı rəqqasədir. O digər rəqqasələr arasında seçilir. Renka PR menecer və mətbuat katibi kimi məni seçib. Bu böyük məsuliyyətdir. Mən çalışıram, yaxşı işlər görüm. Rəqqasə üçün əsas olan böyük tamaşaçı auditoriyasını özünə cəlb etməsidir. Yeni rəqqasələr və bu sahəyə həvəsi olanların çoxu deyir ki, təki efirə çıxım, toylarım olsun, qəşəng geyinim, saç və makiyajım yerində olsun nə rəqs etməyimin isə fərqi yoxdur. Bilirlər ki, ulduz olacaqlar. Amma davamında nə məqsəd güdürlərsə, Allahları və özləri bilsin. Ona görə də bu dəqiqə rəqqasələr artır.

Rəqqasə olmaq bu qədər vacibdir? Başqa işlə məşğul olsunlar. Çünki bu sahəyə gələnlər artıq sözünü demiş rəqqasəni, misal üçün Renkanı kopyalayırlar. Özlərinəməxsus yenilik gətirmirlər. Bacarırlarsa, sağlam rəqabət aparsınlar. Çıxıb orda burda deyirlər ki, mən heç kimi təkrarlamıram. Bu faktdır: onlar Renkanı hərəkətlərini təkrarlayırlar. Bu süni alınır. İnsanlar süniliklə səmimiyyəti ayıra bilirlər. Alınmayacaq. Bu ölkənin bir Renkası var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024