Mobil versiya
“12 Noyabr – Konstitusiya Günü” münasibətilə “dəyirmi masa” keçirilib
Tarix: 11-11-2015 | Saat: 18:22
Bölmə:Təhsil / Manşet / Karusel / Seçilənlər | çapa göndər


Azərbaycan Müəllimlər İnstitutunda “12 Noyabr – Konstitusiya Günü” münasibətilə “dəyirmi masa” keçirilib
Noyabrın 11-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə xanım Naxçıvanlı açaraq Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri dos. Bilal Həsənli “Konstitusiyada təhsil”, İctimai fənlər kafedrasının müəllimləri Ramil Rüstəmov “Beynəlxalq hüquq anlayışı və onun siyasi əsasları”, Tohid Məmmədov “Azərbaycan konstitusiyasının yaranma tarixi” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, konstitusiyada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi mütərəqqi haldır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident cənab İlham Əliyev də milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlayır.

Tədbirdə Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbələri Mahmudlu Sübhan “Azərbaycan konstitusiyasında vətəndaş hüquqları” və Quliyeva Ülkər “Dünya konstitusiyasında gender siyasəti” mövzularında çıxış ediblər, milli konstitutsiyamızın qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunduğunu vurğyulayıblar.

Mətbuat və informasiya şöbəsi













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024