Mobil versiya
Bakı məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı
Tarix: 11-11-2015 | Saat: 16:08
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


“Qapıda gözləyirdim, gördüm qışqırıq”.

Nəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxs özünü yandırıb.

Aia.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, 34 yaşlı Samir Əliyev özünə od vuraraq yandırıb.

Qeyd edək ki, Samir Əliyev iyulun 8-dən həbsdədir. Bu gün istintaq müddətinin uzadılması ilə əlaqədar onu Nəsimi Rayon Məhkəməsinə gətiriblər.

Məhbusun həyat yoldaşı Zəminə Əliyeva ərinin qışqırıq səsini eşidib zala keçmək istədiyini, amma ona imkan vermədiklərini deyib:

“Qapıda gözləyirdim, gördüm qışqırıq gəlir, icəri qaçdım, vəkillər çıxıb dedilər ki, özünü yandırıb”.

Nəsimi Rayon Məhkəməsindən isə zənglərimizə cavab verən olmadı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024