Mobil versiya
10 ildən çox uşağı olmayan ailələrə şad xəbər
Tarix: 19-12-2017 | Saat: 17:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

10 ildən çox uşağı olmayan ailələrə şad xəbər


Yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 14-cü (Ekstrakorporalmayalanma və embrionun köçürülməsi) maddəsinə əsasən, ekstrakorporal mayalanma və embrionun köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən həyata keçirilir.

aia.az xəbər verir ki, yeni qanun layihəsinə əsasən, 10 ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilə bilər. Bu Qanunun məqsədləri üçün sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kommersiya, hərbi və sənaye məqsədilə insan embrionunun istifadəsi qadağandır.

Ekstrakorporalmayalanma və embrionun köçürülməsi zamanı yalnız ərin (arvadın) mayalandırma (mayalanma) qabiliyyətinə malik olan reproduktiv hüceyrələrindən istifadə oluna bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024