Mobil versiya
Ana ölümünə görə tibb müəssisəsi və həkim şəxsən məsuliyyət daşıyacaq - Yeni qanun layihəsi
Tarix: 19-12-2017 | Saat: 13:32
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Ana ölümünə görə tibb müəssisəsi və həkim şəxsən məsuliyyət daşıyacaq - Yeni qanun layihəsi


Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.

Bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, bu barədə qanunun 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) göstərilib ki, qadınların reproduktiv sağlamlığının qorunması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

4.0.1. hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməsi. Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyırlar;

4.0.2. anaların və yenidoğulmuşların sağlamlığının qorunması, ana və uşaq xəstəliklərinin və ölüm hallarının azaldılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

4.0.3. hər bir qadının hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardımın bütün növləri ilə (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) zəmanət verilmiş həcmdə pulsuz təmin olunması.

4.0.4. qadınların reproduktiv sağlamlığı sisteminin xəstəliklərinin, o cümlədən süd vəzilərinin və uşaqlıq boynunun xərçənginin aşkarlanması və müalicəsi məqsədilə mütləq profilaktik tibbi (ilkin və vaxtaşırı) müayinələrin aparılması;

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024