Mobil versiya
Ərdoğan Tereza Meylə Qüdsü müzakirə edib
Tarix: 19-12-2017, 12:25 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Ərdoğan Tereza Meylə Qüdsü müzakirə edib



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri xanım Tereza Mey ilə telefon danışığında Qüds məsələsini müzakirə edib.

"Anadolu" agentliyinin məlumatına görə, söhbət zamanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarının bölgədə ciddi narahatlıq yaratdığı ifadə olunub. Hər iki lider sülh prosesində iki dövlətli həll variantının daha ədalətli olmasının İsrail hökuməti tərəfindən də qəbul edilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı məsələ ilə əlaqədar qətnamə layihəsinə Birləşmiş Ştatların veto qoyması təəssüflə qeyd edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Tereza Mey beynəlxalq ictimaiyyətin məsələnin həllinə daha diqqətlə yanaşmasının vacibliyini vurğulayıblar.

aia.az



5282 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031