Mobil versiya
Mətanətlə Namiqin səmimi görüntüləri
Tarix: 18-12-2017 | Saat: 17:44
Bölmə:Aia TV | çapa göndər

Mətanətlə Namiqin səmimi görüntüləri




Müğənni Mətanət Əsədova ilə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu məclislərin birində səmimi şəkildə görüntüləniblər.

Axşam.az “Xəzər maqazin”ə istinadən xəbər verir ki, Mətanət səhnədə mahnı ifa edən Namiqi öpüşlərə qərq edib. Daha sonra açıqlama verən Namiq buna normal yanaşdığını deyib:

“Şou əhliyik, deyib-gülürük. Xanım sənətçilərlə öpüşüb-görüşürük. Şəkil çəkdirəndə əlimizi belinə qoyuruq. Bu, şou-biznes üçün adi haldır. O kadrlar mənim öz xoşuma da gəlmişdi. Mətanət xanımın bu jestlərinə, səmimiyyətinə görə təşəkkür edirəm”.

Mətanət isə Namiqi çox istədiyini deyib:

“Namiqi çox istəyirəm. Çox mədəni oğlandır. Namiq o qədər səliqəli oğlandır, onun hərəkətindən, meyxana deməyindən dürr tökülür”.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024